Braziliyalı futbolçu "Kruzeyro" klubunun səhmlərinin nəzarət paketini satıb

Əfsanəvi braziliyalı futbolçu Ronaldo "Kruzeyro" (Braziliya) klubunun səhmlərinin nəzarət paketini satıb.

"Olimpsport" “Marca”ya istinadən xəbər verir ki, “fenomen” bu satışdan 109 milyon avro qazanıb.

47 yaşlı sabiq forvard “Valyadolid” (İspaniya) klubunun səhmlərinin nəzarət paketini də satmağı düşünür.

Qeyd edək ki, Ronaldo Braziliya millisinin heyətində iki dəfə dünya çempionu olub. O, həmçinin iki dəfə “Qızıl top” mükafatını qazanıb.