Azərbaycanın gənc avarçəkənləri Türkiyə çempionatında iştirak edəcəklər

Azərbaycanın gənc avarçəkənləri Muğla şəhərində keçiriləcək kayak və kanoe üzrə “Bahar Kuboku” açıq Türkiyə çempionatında iştirak edəcəklər.

"Olimpsport" xəbər verir ki, məşqçilər Mirnazim Cavadov və Boqdan Kurudzun rəhbərliyi altında Ceyhun Vəlixanov, Niyaz Məlikov, Nihat Quliyev, Amil Ramazanov, Əlimurad Hacızadə yarışda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, turnir aprelin 19-21-də baş tutacaq.