Xavi mövsümün sonunda "Barselona"dan ayrılmayacaq
İspaniyanın "Barselona" klubunun baş məşqçisi Xavi Ernandes mövsümün sonunda komandadan ayrılmayacaq.
"Olimpsport" Kataloniya təmsilçisinin rəsmi "X" hesabına istinadən xəbər verir ki, bu barədə klub prezidenti Xuan Laporta açıqlama verib.
"Bu gün Xavinin "Barselona"nın baş məşqçisi kimi davam edəcəyini sizə bildirməkdən məmnunluq duyuram", - deyə funksioner vurğulayıb.
Qeyd edək ki, Xavi daha əvvəl mövsümün sonunda "Barselona"dan ayrılacağını açıqlamışdı.