Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb

UEFA-nın "Hat-Trick" proqramı çərçivəsində AFFA Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri təşkil edib. 

"Olimpsport" xəbər verir ki, AFFA-nın dəstəyi  və tərəflərin birgə təşəbbüsü ilə keçirilən turnirdə AzMİU-nun fakültələri arasında 8 komanda mübarizə aparır. İlk günün nəticələri aşağıdakı kimidir:

MİT - Sabah                   3:1
TİF - İnşaat                    4:4
Nəqliyyat - Memarlıq   7:1
Kollec - ST və MKS       1:7

Oyunlar AZMİU-nun idman zalında keçirilir.