"Real" klubunun qapıçısı zədəsini sağaldıb
İspaniyanın "Real" klubunun qapıçısı Tibo Kurtua zədəsini sağaldıb.
"Olimpsport" Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti məlumat verib.
İtaliyalı mütəxəssis belçikalı oyunçunun La Liqanın XXXIV turunda, "Kadis"lə matçda iştirak edə biləcəyini söyləyib.
Qeyd edək ki, "Real" - "Kadis" qarşılaşması mayın 4-də baş tutacaq. Kurtua cari mövsümdə zədə səbəbindən meydana çıxa bilməyib. O, son rəsmi görüşünü 2023-cü il iyunun 17-də Belçika yığmasının heyətində Avstriyaya qarşı keçirib.