"Qarabağ" klubu cərimələnib

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib.

"Olimpsport" milli assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, buna Azərbaycan Kubokunda yarımfinal mərhələsinin “Neftçi” ilə cavab oyunundan (4:1) sonra meydana kənar şəxslərin çıxması səbəb olub.

İntizam Komitəsi buna görə Ağdam klubunu 800 manat cərimə edib.