Azərbaycan cüdoçuları “Asiya Uşaqları” Oyunlarının ikinci günündə 2 medal qazanıb

Azərbaycan cüdoçuları “Asiya Uşaqları” Oyunlarının ikinci günündə 1 qızıl və 1 bürünc medal qazanıblar.

"Olimpsport" xəbər verir ki, oğlanlar arasında 66 kq çəkidə Əli Hümbətov qızıl medal əldə edib.

60 kq-da isə Özqan Quliyev bürünc medala sahib olub.

Qeyd edək ki, “Asiya Uşaqları” Oyunları Rusiyanın Saxa Respublikasının paytaxtı Yakutskda keçirilir.