Çimərlik güləşi üzrə Dünya Seriyasında Azərbaycan idmançısı gümüş medal qazanıb

Fransada çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsində Azərbaycan idmançısı gümüş medal qazanıb.

"Olimpsport" xəbər verir ki, San Loren Dü-Var şəhərinin çimərliyində keçirilən yarışda İbrahim Yusubov (90 kq) ilk mərhələdə rəqiblərinə heç bir şans tanımayıb.

Dünya çempionumuz A qrupunda həm fransalı Matis Mayrandı, həm yunanıstanlı Georgios Tsaknakisi, həm də moldovalı Trayan Kapatinanı 3:0 hesabıyla məğlub edib. Yusubov yarımfinalda ukraynalı Demid Karaçenkonu da eyni hesabla üstələyib. Finalda yenidən Kapatinayla qarşılaşan İbrahim bu dəfə 1:4 hesabıyla məğlub olaraq, gümüş medalla kifayətlənib.

Ramiz Həsənov (80 kq) isə A qrupunda yunanıstanlı Xristos Xristoforidisi sonuncu xal prinsipinə əsasən üstələyib (1:1), fransalı Huqo Kuenoya isə uduzub – 0:3. Həsənov da yarışı qrup üçüncülüyü ilə tərk edib.

İlk dəfə çimərlik yarışında iştirak edən Babazadənin debütü uğurlu alınmayıb. Rəşid B qrupunda amerikalı Castin Benjaminə (3:0) qalib gəlsə də, ukraynalı İvan Semyonovla (1:4) fransalı Kuentin Stikerə (2:3) məğlub olduğu üçün qrupda 3-cü pillədə qərarlaşıb və mübarizəni erkən başa vurub.

Dünya Seriyasının növbəti mərhələsi iyulun 20-21-də Rumıniyada keçiriləcək.