Hidayət Heydərov yarımfinalda

Azərbaycan cüdoçusu Hidayət Heydərov Türkiyənin Antalya şəhərində keçirilən Qran Pri turnirində yarımfinala vəsiqə qazanıb.
 
73 kq çəki dərəcəsində mübarizə aparan 21 yaşlı idmançı mübarizəyə 1/16 finaldan başlayıb. O, ardıcıllıqla avstriyalı Lukas Reyter, rusiyalı Feliks Qaluayev və iranlı Məhəmməd Məhəmmədiyə qalib gəlib. 
 
Heydərov yarımfinalda cənubi koreyalı Çanqrim An ilə qarşılaşacaq.
 
Qeyd edək ki, Azərbaycan yığması Qran Priyə 10 cüdoçu ilə yollanıb. İlk yarış günündə mübarizə aparan 5 idmançıdan heç biri medal qazana bilməyib.