"Yuventus"a son dəqiqə zərbəsi - VİDEO

İtaliya A Seriyasında XXXIV turun mərkəzi görüşü "Yuventus"la "Napoli" arasında keçirilib. 
 
Cempionluq uğrunda mübarizə aparan iki komandanın duelində qonaqlar qalib olublar - 1:0. Neapol komandasından yeganə qolu 90-cı dəqiqədə Kalidu Kulibali vurub. 
 
Bununla da "Napoli" "Yuventus"la xal fərqini minimuma endirib. Turin komandası liderliyini 84 xalla davam etdirir.