"Fənərbağça" - "Beşiktaş" matçı ilə bağlı qərar açıqlandı
Türkiyə Futbol Federasiyası ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə baş vermiş hadisələrlə əlaqədar yarımçıq qalan "Fənarbağça" - "Beşiktaş" matçı ilə bağlı qərarlarını açıqlayıb.
Görüşün 57-ci dəqiqədən etibarən qaldığı yerdən davam etdirilməsinə qərar verilib. Qarşılaşmanın qalan hissəsi boş tribunalar qarşısında davam etdiriləcək.
Qeyd edək ki, Türkiyə Kubokunun aprelin 19-da keçirilmiş "Fənərbağa" - "Beşiktaş" qarşılaşması yarımçıq dayandırılıb. Matçın 57-ci dəqiqəsində stadiona kənar əşyalar atan azarkeşlər qonaqların ehtiyat oyunçular skamyasını hədəf seçiblər. Nəticədə komandanın baş məşqçisi Şenol Günəş başından ağır xəsarət alıb. Bu komandalar arasındakı ilk görüşdə 2:2 hesablı bərabərlik qeydə alınmışdı.