Qalmaqallı İstanbul derbisinin vaxtı da bəlli oldu

Türkiyə Kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində təxirə salınan "Fənərbağça" - "Beşiktaş" matçının keçiriləcəyi tarix müəyyənləşib.
 
İstanbul derbisi mayın 3-də baş tutacaq. 
 
Qeyd edək ki,  Türkiyə Futbol Federasiyası görüşün 57-ci dəqiqədən etibarən - qaldığı yerdən davam etdirilməsinə qərar verib. Qarşılaşmanın qalan hissəsi boş tribunalar qarşısında davam etdiriləcək.  
 

Xaıtladaq ki, Türkiyə Kubokunun aprelin 19-da keçirilmiş "Fənərbağça" - "Beşiktaş" qarşılaşması yarımçıq dayandırılıb. Matçın 57-ci dəqiqəsində stadiona kənar əşyalar atan azarkeşlər qonaqların ehtiyat oyunçular skamyasını hədəf seçiblər. Nəticədə komandanın baş məşqçisi Şenol Günəş başından ağır xəsarət alıb. Bu komandalar arasındakı ilk görüşdə 2:2 hesablı bərabərlik qeydə alınmışdı.