Tovuz Gənclər Evinin dərnək rəhbəri üçüncü oldu

Mayın 20-də Strongmen idman növü üzrə Azərbaycan çempionatına yekun vurulub. İdmançılar müxtəlif çəki dərəcəsində mübarizə aparıblar.

Gərgin mübarizə şəraitində keçən yarışda Tovuz Gənclər Evinin ağır atletika dərnəyinin rəhbəri Sürət Məmmədov da iştirak edib. O, çempionatı üçüncü yerdə bitirib. 

Tovuz Gənclər Evinin rəhbərliyi və kollektivi Sürət Məmmədovu təbrik edir, növbəti yarışlarda uğurlar arzulayırlar.