Tovuz Gənclər Evində şəhidin xatirəsinə turnir keçirildi - Fotolar

Tovuz Gənclər Evində şəhid Rəhilə Qarayevanın xatirəsinə həsr edilmiş qol güləşi üzrə açıq rayon birinciliyi keçirilib.

Turnirdə Azərbaycanın qərb rayonlarından olan yüzdən artıq idimançı öz qolunun gücünü sınayıb. Tovuz rayon Gənclər və idiman idarəsinin və Tovuz Gənclər evinin təşkilatçılığı ilə keçirilən Şəhid Rahillə Qarayevanın xatirəsinə həsr edilmiş turnirin açılışında öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib daha sonra çıxış edən rayon gənclər və idiman idarəsinin rəisi Sahib Ələsgərov , Tovuz olimpiya idiman komleksinin direktoru Mübariz Məmmədov və turnirin əsas təşkilatçısı Tovuz gənclər evinin direktoru Rauf Rüstəmov turnirin keçirilməsinin əhəmiyyətindən danışıb.Sonda çıxış edən Azərbaycan qol güləşi federasiyasının gənclərdən ibarət yığma komandasının baş məşqçisi, əməkdar məşqçi Azər Əliyev respublika yığmasına gənc, istedadlı idmançıları cəlb etmək üçün bu cür turnirlərin keçirilməsinin vacibliyini bildirib. Qaliblər Azərbaycanın yığma üzvülüyünə qəbul edilməklə, diplom və medallar ilə təltif ediliblər. Turnir Tovuz Gənclər Evinin istedadlı gənclərinin ifasında konsert proqramı ilə davam etdirilib.

На данном изображении может находиться: 5 человек, на улице
На данном изображении может находиться: один или несколько человек, люди стоят и на улице
На данном изображении может находиться: 1 человек, стоит, обувь и на улице
На данном изображении может находиться: 3 человека, люди стоят и на улице
На данном изображении может находиться: 8 человек, люди улыбаются, на улице