"Tovuz Gənclər Evi" Gənclər təşkilatlarının V Respublika sərgisində öz stendi ilə çıxış edib - Fotolar

13 Noyabr 2018-ci ildə Gənclər təşkilatlarının V Respublika sərgisi keçirilib.
 
Azərbaycan Respublikası baş nazirinin müavini, "Yeni Azərbaycan Partiyası"nın sədr müavini Əli Əhmədov, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev və Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev sərgidə iştirak ediblər. Bir çox gənclər təşkilatları olmaqla yanaşı Tovuz Gənclər Evi də öz stendi ilə sərgidə çıxış edib.
 
Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmov Gənclər Evinin fəaliyyəti və yaradılan şərait haqqında geniş məlumat verib.