Kamil Musavi Tovuz Gənclər Evinin qonağı olub

Gənc Vətənpərvərlər klubunun üzvləri və gənclərimizlə görüşdə "Unutmayaq ki tutduğumuz vəzifədən, daşıdığımız rütbədən asılı olmayaraq hər birimiz xalqımızın əsgəriyik" söyləyən Kamil Musavi keçdiyi döyüş yolundan,gənc zabit və əsgərlərimizin qəhrəmanlıqlarından danışdı gənclərin suallarını cavablandırdı. Daha sonra Gənclər Evinin fəaliyyəti və yaradılan şərait ilə tanış olan qonaqlar Tovuz Gənclər Evinin fəal üzvü olan l qrup əlil Gülzar Əliyevanın əl işlərindən ibarət sərgiyə baxış keçirdilər.