"Çox pisəm, çox məyusam"- Sotomoyor

Rio Olimpiadasında 64 kq çəki dərəcəsində finalda özbək rəqibi Fazliddin Qaybnəzərova məğlub olan təmsilçimiz Lorenzo Sotomayor bunu hakimlərin ədalətsiz davranması ilə əsaslandırıb.

 

“Çox da sevincli deyiləm. Azərbaycan üçün qızıl medal qazanmaq istəyirdim. Görüş boyunca rəqibdən üstün olsam da, hakimlər elə düşünmədilər. Ümumiyyətlə, döyüşü yaxşı keçirmişdim, ancaq son raundda qalib gəldiyimə tam əmin idim. Qarşılaşma boyunca hakim mənə qarşı sanki qərəzli mövqe tutmuşdu. Çox pisəm, çox məyusam. Azərbaycanı çox sevirəm, Azərbaycan xalqına qızıl medal hədiyyə etmək istəyirdim. Ancaq ədalətsizlik imkan vermədi” – deyə o fikirlərini tamamlayıb.

 

Səmayə MƏMMƏDOVA

AGİN, Riodan