"Olimpiakos" finalda "Fiorentina" ilə qarşılaşacaq

UEFA Konfrans Liqasında "Olimpiakos" və "Aston Villa" komandalarının qarşılaşdığı yarımfinal matçı başa çatıb.

"Olimpsport" xəbər verir ki, cavab görüşü Yunanıstan komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb (ümumi hesab - 6:2). Beləliklə, "Olimpiakos" Konfrans Liqasının finalında İtaliyanın "Fiorentina" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, final oyunu mayın 29-da Afinadakı "Ayasofya" stadionunda keçiriləcək.

"Fiorentina" Konfrans Liqasının finalında ardıcıl ikinci dəfə oynayacaq.