“Sumqayıt”ın futbolçusu Vüqar Mustafayev əməliyyat olunub "Sumqayıt"ın futbolçusu Vüqar Mustafayev əməliyyat olunub

“Sumqayıt”ın futbolçusu Vüqar Mustafayev əməliyyat olunub.

"Olimpsport" xəbər verir ki, yarımmüdafiəçi sağ dizində zədəyə bağlı yaranmış osteofit çıxıntılar səbəbindən cərrahi müdaxiləyə ehtiyac duyub.

Mustafayevin əməliyyatı Bakıdakı özəl klinikaların birində baş tutub və uğurlu alınıb. Onun iki ay ərzində yenidən yaşıl meydanlara dönməsi planlaşdırılır.