"Qolden Steyt"in oyunçusu NBA-da yeni nailiyyətə imza atıb

"Qolden Steyt"in oyunçusu Stefen Karri Milli Basketbol Assosiasiyasında (NBA) yeni nailiyyətə imza atıb.

"Olimpsport" xəbər verir ki, 35 yaşlı idmançı buna "Bruklin Nets"ə 109:98 hesabı ilə qalib gəldikləri matçda nail olub.

Karrri NBA-dakı 3 xallıq atışlarının sayını 3600-ə çatdırıb. O, qövsdən kənarda bu qədər fərqlənməyi bacaran ilk basketbolçudur.

Qeyd edək ki, Stefen Karri karyerasında üç dəfə NBA çempionu olub.