
Azərbaycanın futzal millisinin Bakıda toplanışı başlayıb
"Olimpsport" Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün ilk məşqinə çıxan komanda sentyabrın 16-dək paytaxtda hazırlıq keçəcək. Toplanışın ikinci hissəsi isə Çexiyanın Zlin şəhərində sentyabrın 17-dən 21-dək olacaq. Bu müddət ərzində Çexiya yığması ilə iki yoldaşlıq görüşü də planlaşdırılıb. Baş məşqçi Vitali Borisov məşqlərə 3-ü qapıçı olmaqla ümumilikdə 16 oyunçu dəvət edib. Səfərə aparılacaq heyət toplanışın sonunda müəyyənləşəcək. N Ad, soyad Klub 1 Emin Kürdov (q) Araz-Naxçıvan 2 Vladislav Reznov (q) Araz-Naxçıvan 3 Kamran Hacıyev (q) Baku Fire 4 Emil Həsənzadə Araz-Naxçıvan 5 Xəzər Ağalızadə Araz-Naxçıvan 6 İlham Alıyev Araz-Naxçıvan 7 Tofiq Mikayılov Baku Fire 8 Nurlan Mehdizadə Baku Fire 9 Oktay Rüstəmli Baku Fire 10 Fərid Abbasov Baku Fire 11 Fərid Atakişiyev Neftçi İK 12 Ülvi Əliyev Araz-Naxçıvan 13 Mirzə Əmirov Neftçi İK 14 Eldar Zeynalov Neftçi İK 15 Seymur Məmmədov Neftçi İK 16 Murad Quluzadə Baku Fire Qeyd edək ki, Çexiya - Azərbaycan oyunları sentyabrın 19-da və 20-də baş tutacaq.
Daha çox xəbər

















29-04-2025
Bakı İstanbul Liseyi və Cocuk Mərcanlı məktəbi arasında dostluq görüşü keçirilib







18-11-2024
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev "CBC Sport" kanalının qonağı olub-VİDEO


02-11-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı”na yekun vurulub

30-10-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir


