Şahmat üzrə “Vüqar Həşimov Memorialı”nın iştirakçıları bəlli olub
Şahmat üzrə “Vüqar Həşimov Memorialı”nın iştirakçıları bəlli olub.
"Olimpsport" xəbər verir ki, bu barədə turnirin direktoru Anar Allahverdiyev mətbuat konfransında məlumat verib.
Xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.
Eyni zamanda Nodirbek Abdussatorov (Özbəkistan, 2766), şahmat tacı uğrunda görüşdə iştirak edən Yan Nepomnyaşi (FIDE, 2755), Riçard Rapport (Macarıstan, 2766), yarışın son qalibi Vidit Santoş Qucrati (Hindistan, 2720) kimi tanınmış qrossmeysterlər mübarizə aparacaqlar.
Yarışda 10 şahmatçının iştirakı planlaşdırılır. İştirakçıların tam siyahısı yaxın günlərdə dəqiqləşəcək.
10-cu dəfə keçiriləcək "Vüqar Həşimov Memorialı"nın baş hakimi müstəqil Azərbaycanın ilk çempionatının qalibi Rauf Hacılıdır.
Qeyd edək ki, yarış sentyabrın 25-30-u aralığında Şuşada gerçəkləşəcək. Memorialın açılış mərasimi və ilk turun partiyaları sentyabrın 26-da baş tutacaq. Turnir “Şuşa” otelində təşkil ediləcək.
Daha çox xəbər
09-11-2025
“Araz-Naxçıvan” qalib gəldi, “Zirə” və “Turan Tovuz” isə meydanı bərabərliklə tərk etdilər
08-11-2025
Türk şərhçi “Qarabağ”ın oyuna nə dərəcədə yaxşı nəzarət etdiyini qiymətləndirdi
08-11-2025
“Misli Premyer Liqasında hər oyun gərgin keçir, bu da onu çətin çempionata çevirir” – Saşa İliç
07-11-2025
“AzMİU III Zəfər İdman Festivalı”: Şahmat yarışlarının qalibləri müəyyən olundu
06-11-2025
Azərbaycan voleybol millisi İslamiadada ardıcıl növbəti qələbəsini əldə edib
06-11-2025
"Qalatasaray" “Ayaks”ı məğlub etdi, “Kayrat” “İnter” qarşısında uduzdu – Gecənin yekunları
