"Neftçi"nin qadınlardan ibarət komandası növbəti oyununa çıxacaq
"Neftçi"nin qadınlardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının I mərhələsində növbəti oyununa çıxacaq.
"Olimpsport" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Gürcüstanın “Lançxuti” klubu ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, "ağ-qaralar" ilk matçında Avstriya təmsilçisi “Sankt-Pölten”ə uduzub - 0:5.