Azərbaycan millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb
"Olimpsport" Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığmamız yarışda 33 idmançı ilə təmsil olunacaq. Onlardan 22-si kişi, 11-i qadın cüdoçudur. Kişilər 60 kq: Balabəy Ağayev, Turan Bayramov, Əhməd Yusifov, Nazir Talıbov 66 kq: Yaşar Nəcəfov, Kamran Süleymanov, Rəşad Yelkiyev, İslam Rəhimov 73 kq: Hidayət Heydərov, Rəşid Məmmədəliyev, Nurlan Osmanov, İbrahim Əliyev 81 kq: Səid Mollayi, Zelim Tçkayev, Ömər Rəcəbli 90 kq: Murad Fətiyev, Elcan Hacıyev, Vüqar Talıbov 100 kq: Zelim Kotsoyev, Əjdər Bağırov +100 kq: Uşanqi Kokauri, Kənan Nəsibov Qadınlar 48 kq: Leyla Əliyeva, Könül Əliyeva 52 kq: Gültac Məmmədəliyeva, Aydan Vəliyeva, Xədicə Qədəşova 57 kq: Fidan Əlizadə, Açelya Toprak 63 kq: Aytac Qardaşxanlı 70 kq: Südabə Ağayeva, Günel Həsənli +78 kq: Nigar Süleymanova Qeyd edək ki, “Böyük Dəbilqə” fevralın 16-18-i aralığında Milli Gimnastika Arenasında keçiriləcək. Çempion cüdoçu 1000, gümüş medalçı 700, üçüncü olan 500 reytinq xalı qazanacaq. Hazırda 61 ölkənin yarışda iştirakı təsdiqlənib.