Avropa çempionatında tarixi uğura imza atan güləşçilərimiz Vətənə qayıdıb

Avropa çempionatında 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq tarixi uğura imza atan yunan-Roma güləşi üzrə millimiz bu gün saat 21:00-da Vətənə qayıdıb.

"Olimpsport" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda təntənəli qarşılama mərasimi keçirilib.

Mərasimdə idman ictimaiyyətinin nümayəndələri, güləşçilərin yaxınları, jurnalistlər, azarkeşlər iştirak ediblər.