Azərbaycan paracüdoçusu turnirdə gümüş medal qazanıb

Almaniyanın Heydelberq şəhərində keçirilən reytinq xarakterli turnirdə Azərbaycan paracüdoçusu Vüqar Şirinli gümüş medal qazanıb.

"Olimpsport" xəbər verir ki, Qran-pridə 60 kq çəki dərəcəsində J2 kateqoriyasında mübarizə aparan idmançı ikinci yeri tutub.

Qeyd edək ki, Vüqar Şirinli Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarının qalibidir.