Dövlət qurumlarının əməkdaşları arasında bilyard yarışına yekun vurulub

Dövlət qurumlarının əməkdaşları arasında keçirilən bilyard yarışına yekun vurulub.

"Olimpsport" xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Bilyard Federasiyasının birgə təşkilatçılığı ilə kişilər və qadınlar arasında keçirilən, iki gün davam edən turnirdə 28 dövlət qurumundan 60 əməkdaş (4 qadın, 56 kişi) iştirak edib.

Kişilər arasında Ramil Musayev və Toğrul Mahmudov (hər ikisi SOCAR) birinci olublar. Elvin Şirinov və Natiq Orucov (hər ikisi Dövlət Gömrük Komitəsi) yarışı ikinci, İlham Həsənov, Fərid İsrafilov (hər ikisi Milli Məclis), Kamil Əsgərov, Kamil Həsənov (hər ikisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) üçüncü pillədə başa vurublar.

Qadınların mübarizəsində isə Fatimə Quliyeva (SOCAR) birinci, Qumru Məmmədova (Gənclər və İdman Nazirliyi) ikinci, Nailə Xanlarova (Gənclər və İdman Nazirliyi) və İlahə Hacıyeva (SOCAR) isə üçüncü olublar.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd dövlət qurumlarında çalışan əməkdaşların asudə vaxtının səmərəli təşkili və onlar arasında sağlam həyat tərzinin təbliğidir.