Azərbaycan parabadmintonçusu dünya çempionatında iştirak edəcək

Azərbaycan parabadmintonçusu İbrahim Əliyev Tailand Krallığının Pattaya şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

"Olimpsport" xəbər verir ki, yarış fevralın 20-25-i aralığında təşkil olunacaq.

İbrahim Əliyev SU5 kateqoriyasında qüvvəsini sınayacaq.

Qeyd edək ki, mundial Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.