Bakıda bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək

Aprelin 20-22-si aralığında Bakıdakı “Legend” bilyard klubunda Azərbaycan birinciliyi baş tutacaq.

"Olimpsport" xəbər verir ki, yarışda ölkənin müxtəlif yerlərindən ən yaxşı oyunçular bir araya gələrək, çempion adı uğrunda mübarizə aparacaqlar.

Çempionatın keçirilməsində əsas məqsəd bilyardın geniş auditoriya arasında populyarlaşdırılmasıdır.