Azərbaycan gimnastı Avropa çempionatında gümüş medal qazanıb

Tamblinq üzrə Azərbaycan milli komandasının üzvü Tofiq Əliyev Portuqaliyanın Qimarayeş şəhərində keçirilən batut gimnastikası, ikili-mini batut və tamblinq üzrə Avropa çempionatında gümüş medal qazanıb.

"Olimpsport" xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.