İngiltərə Premyer Liqası: "Mançester Siti" darmadağınla üç xal qazanıb
İngiltərə Premyer Liqasında növbəti oyun keçirilib.
"Olimpsport" xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Mançester Siti" səfərdə "Brayton"la qarşılaşıb. Görüş "şəhərlilər"in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalib komandanın heyətində Kevin De Brüyne, Xulian Alvares və iki dəfə Fil Foden fərqlənib.
Bu nəticədən sonra xallarını 76-ya çatdıran "Mançester Siti" ikinci pilləyə yüksəlib. Turnir cədvəlinə isə 77 xalla "Arsenal" başçılıq edir.