“Barselona” Frenki De Yonqla yollarını ayırmağı düşünür
İspaniyanın “Barselona” klubu cari mövsümün sonunda Frenki De Yonqla yollarını ayırmağı düşünür.
"Olimpsport" AS nəşrinə istinadən xəbər verir ki, yay "transfer pəncərəsi"ndə heyətini gücləndirməyi planlaşdıran kataloniyalılar niderlandlı müdafiəçini satışa çıxaracaq.
Klubda ən bahalı futbolçulardan biri olan 26 yaşlı oyunçunun qiymətini “Transfermarkt” portalı 70 milyon avro dəyərləndirir.
Qeyd edək ki, Frenki De Yonqun müqavilə müddəti 2026-cı ilin iyununda başa çatacaq.