Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib

Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib.

"Olimpsport" xəbər verir ki, tədbirdə Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov, vitse-prezident Faiq Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.

Yarış iştirakçılarını təbrik edən AŞF rəhbərliyi daha sonra qalibləri diplom, medal və pul mükafatları ilə təltif ediblər.

Qeyd edək ki, yarışın qalibi Aydın Süleymanlı olub. Məhəmməd Muradlı gümüş, Vüqar Rəsulov isə bürünc medal qazanıb. Mükafat fondu 30 000 manat olan yarışda ilk pillənin sahibi 12 000 manat əldə edib.