"Çelsi" klubu Joau Feliksin transferi ilə bağlı razılığa gəlib

İngiltərənin "Çelsi" klubu hücumçu Joau Feliksin transferi üçün İspaniya təmsilçisi "Atletiko" ilə razılığa gəlib.

"Olimpsport" "The Athletic"ə istinadən xəbər verir ki, "zadəganlar" futbolçu ilə 6 illik müqavilə bağlayacaq.

Bundan əlavə, müqaviləyə müddətin daha bir il uzadılması şərti də əlavə olunub.

Qeyd edək ki, J.Feliks ötən mövsüm "Barselona"da icarə əsasında meydana çıxdığı 44 matçda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.