Məhəmməd Salah İngiltərə Premyer Liqasının ən yaxşı cinah oyunçusu olub

"FourFourTwo" portalı İngiltərə Premyer Liqası tarixində ən yaxşı cinah oyunçularının reytinq cədvəlini hazırlayıb.

"Olimpsport" xəbər verir ki, siyahıya Məhəmməd Salah (“Liverpul”, “Çelsi”) başçılıq edir.

İkinci yeri Kriştianu Ronaldu (“Mançester Yunayted”), üçüncü yeri isə Son Hın Min (“Tottenhem”) tutub.

İlk "10-luq"da həmçinin Eden Azar ("Çelsi"), Sadio Mane ("Sauthempton", "Liverpul"), Qaret Beyl ("Sauthempton", "Tottenhem"), Rober Pires ("Arsenal", "Aston Villa") Rayan Giqqz ("Mançester Yunayted"), Riyad Mahrez ("Lester", "Mançester Siti") və Devid Bekhem ("Mançester Yunayted") yer alıb.

Qeyd edək ki, İngiltərə çempionatına avqustun 16-da start verilib.