Markos Akunya Argentina klubuna keçib

İspaniyanın "Sevilya" klubunun yarımmüdafiəçisi Markos Akunya Argentina təmsilçisi "River Pleyt"ə keçib.

"Olimpsport" Argentina klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında 2027-ci ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 32 yaşlı futbolçu 2020-ci ildən Andalusiya komandasının formasını geyinir. O, "Sevilya"nın heyətində meydana çıxdığı 112 oyunda 6 qolun müəllifi olub.