"Boka Xuniors" dünya çempionatına vəsiqə qazanıb 

Argentinanın "Boka Xuniors" komandası klublararası dünya çempionatına vəsiqə qazanıb.

"Olimpsport" xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Buenos-Ayres təmsilçisi 2021-2023-cü illər aralığında Libertadores Kubokunda 71 reytinq xalı qazanmaqla buna nail olub.

Qeyd edək ki, yenilənmiş klublararası dünya çempionatının 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçirilməsi planlaşdırılır. "Boka Xuniors" sonuncu dəfə 2007-ci ildə bu turnirdə iştirak edib.