"Real" Andrey Lunini satmayacaq

İspaniyanın "Real" klubu qapıçısı Andrey Lunini satmayacaq.

"Olimpsport" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti bildirib.

O, 25 yaşlı ukraynalı qapıçının Madrid təmsilçisini tərk etməyəcəyini söyləyib. "Real"ın əsas qapıçısı

Tibo Kurtua zədəsini sağaldıb komandaya qayıtdıqdan sonra ukraynalı qolkiper daha çox ehtiyat oyunçular skamyasında yer alır. A.Luninin "Real"la müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.