Arne Slot "Liverpul"un tarixinə düşüb

Arne Slot İngiltərənin "Liverpul" klubunun tarixinə düşüb.

"Olimpsport" "Opta Sport"a istinadən xəbər verir ki, 45 yaşlı baş məşqçi buna çempionatın II turunda "Brentford"a qalib gəlməklə (2:0) nail olub.

O, Mersisayd təmsilçisində Premyer Liqada ardıcıl iki qələbə əldə edən ilk mütəxəssis olub.

Qeyd edək ki, "Liverpul" ilk turda "İpsviç"i eyni hesabla yenib. Arne Slot bu mövsümdən komandaya rəhbərlik edir.