
Azərbaycan Qran-prisinin Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb.
"Olimpsport" "Report"a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, yarışın başlamasına qısa müddət qalıb və hazırlıqlar plana uyğun davam edir.
Azərbaycan Qran-prisinin təşkilinə cəlb olunacaq əməkdaşlar, könüllülər, marşallar, təhlükəsizlik əməkdaşları və podratçı şirkətlərin nümayəndələri bu mərkəzə gələrək, akkreditasiya kartları və uniformalarını əldə edə bilərlər. Yarışa qədər 28000-ə yaxın akkreditasiya və formanın verilməsi nəzərdə tutulub.
Avqustun 19-dan fəaliyyət göstərən Uniforma və Akkreditasiya Mərkəzinə 100-dən artıq könüllü cəlb edilib. Mərkəz fəaliyyət göstərdiyi müddətdə onlar qeydiyyat, akkreditasiya kartlarının hazırlanması, uniformaların verilməsi və sair kimi rolları yerinə yetirəcəklər. Bu il könüllü olmaq üçün 16000-ə yaxın müraciət daxil olub və onlardan 2000-ə yaxın könüllü yarışın təşkilinə cəlb olunub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-də baş tutacaq.
Daha çox xəbər




18-11-2024
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev "CBC Sport" kanalının qonağı olub-VİDEO


02-11-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı”na yekun vurulub

30-10-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir

















08-09-2024
Paris 2014: Bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib





08-09-2024
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
