“AzNur” və “Birbaşa Bakı” bu gün növbəti matçlarını keçirəcəklər

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edən “AzNur” və “Birbaşa Bakı” komandaları Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasında bu gün növbəti matçlarını keçirəcəklər.

"Olimpsport" xəbər verir ki, Rəcəb Fərəczadənin baş məşqçisi olduğu “AzNur” “Qalport” (İsveç) və "Andezit" (Ukrayna) komandaları ilə qarşılaşacaq.

Bu oyunlar müvafiq olaraq saat 12:00-da və 19:00-da başlayacaq.

Azərbaycanın digər təmsilçisi “Birbaşa Bakı” isə “Livorno” (İtaliya) və "BKMK Brno" (Çexiya) klubları ilə münasibətləri aydınlaşdıracaq. Bu görüşlər müvafiq olaraq saat 14:00-da və 21:00-da start götürəcək.

Qeyd edək ki, “AzNur” ilk görüşdə Fransanın "Les Piopio" komandasına 2:1 hesabı ilə qalib gəlib. “Birbaşa Bakı” isə İspaniyanın "Malaqa" kollektivi ilə heç-heçə edib - 2:2.