“Qarabağ” xal ehtiyatımızı zənginləşdirdi

Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”ın Yunanıstanın PAOK klubu üzərində qazandığı qələbə (1:0) ölkəmizin UEFA-nın reytinq cədvəlindəki xalını zənginləşdirib.

Olimpsport.az xəbər verir ki, əldə edilən qalibiyyət hesabımızın 0.500 xal artmasına səbəb olub. Bununla da əmsallarının cəmini 17.750-yə çatdıran Azərbaycan 25-cidir. Ölkəmiz 26-cı pillədəki Kipri 0.200 xal qabaqlayır. Bizdən 1 addım öndə olan İsrailin isə aktivindəki xalları 18.125-dir.

Bakıda “Sent Etyen”ə məğlub olan (1:2) "Qəbələ" isə hesabımıza xal yazdıra bilməyib.

Qeyd edək ki, cari mövsümdə klublarmızın yığdığı 3.750 xaldan 1.625-i “Qarabağ”ın, 1.375-i "Qəbələ"nin payına düşürsə, "Neftçi" və "Kəpəz" hərəyə 0.375 xalla öz töhfəsini verib.