"Kəpəz" "Sumqayıt" matçında sülh

Bu gün Azərbaycan Premyer Liqasında XI tura start verilib. 

 

Olimpsport.az xəbər verir ki, günün ilk matçı Gəncədə oynanılıb. “Kəpəz” öz meydanında “Sumqayıt”ı qəbul edib. Tərəflərin cəhdlərinə baxmayaraq, qapılara qol vurulmayıb və görüş başladığı kimi başa çatıb.

 


Azərbaycan Premyer Liqası

XI tur

5 noyabr

 

14:30 “Kəpəz”  - “Sumqayıt”  0:0

Qırmızı vərəqə: Kərim Diniyev, 61, ("Kəpəz")

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu