"...evə sağ-salamat qayıtmaq böyük işdi" - Samir Abasov

Topaz Premyer Liqasının XI turu çərçivəsində “Kəpəz”in qonağı olan “Sumqayıt” meydandan qolsuz bərabərliklə ayrılıb.

 

Matçdan sonra “CBC-Sport” telekanalına açıqlama verən Samir Abasov meydançanın durumundan gileylənib: “Belə meydanda oynayıb 1 xal götürmək və evə sağ-salamat qayıtmaq böyük işdi. Bu cür meydanda nəinki oynamaq, gəzmək də çətindi. Digər komandara baxanda bizim futbolçular təcrübə və keyfiyyət baxımından bir az geri qalırlar. Qələbə qazanmaq istəyirdik, amma alınmadı. Qarşıda ev oyunlarımız var. Çalışacağıq ki, uğursuz gedişata son qoyaq”.

 

Abasov “Sumqayıt”ın heç bir futbolçusunun milliyə dəvət almamasına da toxunub: “Hər məşqçi istər ki, onun oyunçuları yığmaya çağırılsın. Amma bu dəqiqə Robert Prosineçki “Sumqayıt”dan 1 futbolçu da çağırmayıbsa, buna haqqı var”.