“1 xal da bizim üçün yaxşı nəticədi” – Şahin Diniyev

Topaz Premyer Liqasının XI turu çərçivəsində “Sumqayıt”ı qəbul edən Gəncə təmsilçisi meydandan qolsuz bərabərliklə ayrılıb.

 

Matçdan sonra “CBC-Sport” telekanalına açıqlama verən Diniyev nəticəni belə şərh edib: “Heyətlə bağlı problemlərimiz olduğu üçün öz oyunumuzu tapa bilmədik. Zədəlilərimiz var idi, 5 oyunçumuz oynamırdı. Buna görə də, əvəzedici heyətdən əsas komandaya 5 nəfər cəlb etmişdik. Azlıqda qaldıqdan sonra müdafiəni düşündük. 1 xal da bizim üçün yaxşı nəticədi. Zədəlilərimiz sağalandan sonra öz oyunumuzu tapa biləcəyik”.

 

Diniyev söhbət əsnasında növbəti turda “Qarabağ”la keçirəcəkləri səfər matçına da toxunub: “Bu gün zədəyə görə oynamayan futbolçular “Qarabağ”la görüşdə bizə kömək edə biləcəklər. Yalnız bugünkü matçda qırmızı vərəqə alan Kərim gələn turu buraxacaq. “Qarabağ” bir brenddi. Onlara qarşı bizi çətin oyun gözləyir. Reallıq budu ki, “Qarabağ” hazırda nəinki Kəpəzdən, çempionatımızda çıxış edən digər komandalardan da güclüdü. Amma meydana xal qazanmaq üçün çıxacağıq”.