"İnter" cari mövsümdə ilk məğlubiyətini "Neftçi"dən aldı

Bu gün Azərbaycan Premyer Liqasında XI tura start verilib. 

 

Olimpsport.az xəbər verir ki, günün ikinci matçı Bakıda oynanılıb. “Neftçi” öz meydanında “İnter”i qəbul edib. 

Son üç turda xal həsrətində olan “ağ-qaralar” gözlənilmədən iddialı rəqibini məğlub edib. Matçın taleyi fasilədən sonra həll olunub.

 

İkinci hissənin əvvəlində “Neftçi”nin vurduğu 2 qola “İnter” son dəqiqədə 1 qolla cavab versə də, məğlubiyyətdən qaça bilməyib.

Bu, “İnter”in cari mövsümdə ilk məğlubiyyəti olub. 10 turda uduzmayan “bankirlər” seriyasını davam etdirə bilməyərək meydandan xalsız ayrılıb.

  

Topaz Premyer Liqası

XI tur

5 noyabr (şənbə)

 

“Neftçi”  - “İnter” - 2:1
Qollar: 
Jonas Pesalli, 53; Araz Abdullayev, 61 (p.) - Zurab Xizanişvili, 90

I dövrədəki oyun: 1:2
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elman Musayev, Nahid Əliyev 
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rauf Cabbarov
 AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Murad Məmmədov
8-ci km qəsəbə stadionu