"Bu, komandanın, məşqçi heyətinin və bütün kollektivin qələbəsidir" - Pessalli

“Neftçi”nin futbolçusu Jonas Pessalli “İnter” üzərində qələbədən sonra  “Neftçi TV”-yə açıqlamasında vacib qələbə qazandıqlarını bildirib.

 

O, fikirlərini belə ifadə edib: “Nəinki bu həftə, gəldiyim gündən komanda olaraq gərgin hazırlıq keçirik. Düşünürəm ki, vacib qələbə idi. Bu, komandanın, məşqçi heyətinin və bütün kollektivin qələbəsidir. Hamını təbrik edirəm. Şadam ki, 90 dəqiqə meydanda oldum və oyunda fərqlənə bildim. İnanıram ki, növbəti oyunlarda bu, mənə özünəinam baxımından kömək olacaq”.