"Halbuki, qırmızı vərəqə lazım idi" - Qriqorçuk

Topaz Premyer Liqasının XI turu çərçivəsində baş tutan AZAL – “Qəbələ” oyunundan sonra qonaqların baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

- Hesabdan başqa, nədən narazı qaldınız?

- Yaxşı nəticə əldə etmək üçün qol lazım idi. Ələ düşən şasnlarımızı isə reallaşdıra bilmədik.

 

- Rəqib baş məşqçi ilə aranızda nə baş verdi?

- Onunla bağlı heç nə olmadı. Etirazım rəqibin futbolçunun Ozobiçə qarşı kobudluğuna idi. Hadisə düz qarşısında baş versə də, 4-cü hakim buna reaksiya vermədi. Halbuki, qırmızı vərəqə lazım idi. Bu məslənin üzərinə düşüb, rəqibin cəzalandırılmasına nail olmalıyıq.