"Bizim üçün vacib qələbə idi" - Qurban Qurbanov

“Futbolçularımı təbrik edirəm. Əsl xarakter nümayiş etdirdilər”. Olimpsport.az xəbər verir ki, bu sözləri klub saytına açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Topaz Premyer Liqasının XI turunda səfərdə “Zirə” ilə qarşılaşan ağdamlılar 2:0 hesablı qələbəyə sevinib.

 

Matçdan sonra açıqlama verən çalışdırıcı oyun haqqında fikirlərini bölüşüb: “PAOK-la oyundan sonra köklənmək çətin idi. Futbolçular çox əziyyət çəkdilər. Hər birinə təşəkkür edirəm. “Zirə” komandası bəlkə də, bu gün məğlubiyyətə layiq deyildi. Bizim üçün vacib qələbə idi. Düşünürəm ki, çempionatın ən vacib xallarından birini qazandıq”.