“Toxunmasaydım, sonra da qol olmasaydı...” – Elvin Yunuszadə

“Qarabağ”ın müdafiəçisi Elvin Yunuszadə “Zirə” ilə oyundan sonra jurnalistlərə qısa açıqlama verib. 

 

- Sanki bir az çətin əldə etdiniz qələbəni...

- Çətin də olsa, istədiyimiz nəticəni əldə elədik. Şəxsən mənim üçün çox vacib qələbə idi. Əsas odu ki, bu qələbə ilə “Qəbələ”yə çatdıq.

 

- Niyə imkan vermədin ki, Reynaldo turun ən yaxşı qoluna imza atsın?

- (Gülür) Sözün düzü o epizodda mənə elə gəldi ki, top çölə gedir. Gərək bir də izləyim. Toxunmasaydım, sonra da qol olmasaydı, onda da başqa şey deyəcəkdilər.

 

- Əsəbləşmədi sənə?

- Xeyr, nə fərqi var ki? Əsas komanda qalib gəlsin. Müdafiəçi də var idi o vəziyyətdə. Bəlkə də heç girməyəcəkdi? Eybi yoxdu, Reynaldo vursun, təki qalib gələk. Düzdü, birinci qolumdu, sevinirəm, ancaq əsas odu ki, qalib gələk.(Apasport)